Azərbaycanda 1 nəfər koronavirusa yoluxdu

Azərbaycanda 1 nəfər koronavirusa yoluxdu
SOSİAL
17:44 21.05.2022
294
Azərbaycanda koronavirusa 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 708 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 950 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 587, bu günə qədər isə ümumilikdə 6 869 996 test icra olunub
OXŞAR XƏBƏRLƏR