Azərbaycanda 10 yaşlı uşağın əlində pirotexniki vasitə partladı - VƏZİYYƏTİ AĞIRDIR

Azərbaycanda 10 yaşlı uşağın əlində pirotexniki vasitə partladı - VƏZİYYƏTİ AĞIRDIR
SOSİAL
18:23 07.12.2018
4528
Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb.

Rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıqdan pirotexniki vasitə onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədənin müxtəlif nahiyələri yanıb.

O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.(Report)
OXŞAR XƏBƏRLƏR