Azərbaycanda 11 günlük tətil başlayıb

Azərbaycanda 11 günlük tətil başlayıb
SOSİAL
00:13 20.03.2026
126
Azərbaycanda 11 günlük tətil başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 11 qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i isə Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günüdür.
OXŞAR XƏBƏRLƏR