Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir - Fotolar

Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir - Fotolar
İDMAN
11:08 08.08.2017
1625

8 Avqust 2017-ci il, Qəbələ, Azərbaycan: 130-dan cox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirilir. İştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumdur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil olunan Dünya Skaut Gənclər Forumu (ÜSGF) 18-26 yaş arası olan skautlar arasında ünsiyyət və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır.


İştirakçılar Forumun gedişi çərçivəsində fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda çalışacaq və təqdimatlarda iştirak edəcəklər. Bütün iştirakçıların sosial fəaliyyətini və cəmiyyətin inkişafında onların uğurlarını göstərən və fərdi layihələrin təqdim olunduğu maraqlı 360 Market Place gözləyir. Tədbirin son günündə iştirakçılar öz aralarında forumun əsas mövzusuna, gənclərin dünyada baş verən proseslərə təsirinə dair müxtəlif mövzular üzrə müzakirələr aparmacaqlar.

Forum çərçivəsində «Mədəniyyətə axşamı» təşkil olunacaq. Axşamda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirəcəklər. Ev sahibi qismində çıxış edən Azərbaycanın milli mədəniyyətinin zəngin və ecazkar geyimlərini əks etdirən xüsusi proqram təqdim ediləcəkdir.

Forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin (İdarə Heyəti) gənc məsləhətçiləri seçiləcəkdir. Gənc məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır.

Forumun sədri və hazırki gənc məsləhətçi Jeremi Apert qeyd etdi ki, Dünya Skaut Gənclər Forumu lider olmaq və Hərəkatın gələcəyi üçün töhfə vermək istəyən gənc nəsil üçün unikal imkandır.


13-cü Ümumdünya Skaut Gənclər Forumundan sonra gənc liderlər qəbul etdikləri sənədləri səsləndiriləcəyi 41-ci Dünya Skaut Konfransında iştirak edəcəklər. Qəbul olunmuş qərarlar Konfransın yekun qərarlarına da daxil ediləcəkdir. Konfrans 14-18 avqustda Bakı Konqres Mərkəzində baş tutacaqdır. Tədbirdə akkreditasiyadan keçmək üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.

Nigar Babayeva [email protected]

Məlumat üçün: Dünya Skautlar Hərəkatı Təşkilatı – Dünyanın ən qabaqcıl gənclər hərəkatı olaraq 1907-ci ildə Lord Baden-Paul tərəfindən yaradılıb. Bu təşkilata üzv olan milyonlarla gənc, aktiv vətəndaş kimi cəmiyyətdə müsbət dəyişikliklərin edilməsində rol oynayırlar. Dünya Skautlar Hərəkatı Təşkilatı özündə 165 Milli Skaut Təşkilatını və 40 milyon üzvü birləşdirir. Rəsmi internet resursu: www.scout.org Azərbaycan Skautlar Assosasiyası –ASA- Azərbaycan Respublikasının Gənclər Milli Assambleyasının üzvü olaraq 20 avqust 2000-ci ildən Dünya Skautlar Hərəkatının üzvüdür. ASA 11 oktyabr 1997-ci ilində yaradılıb. Azərbaycanın 16 regionunu əhatə edir və 1750 üzvü var. Rəsmi sosial şəbəkə ünvanı: Azərbaycan Skautlar Assosiasiyası Məlumat üçün: [email protected] Dünya Skaut Gənclər Forumu – Bu platforma 18-26 yaşlı gənc liderlər arasında ideya və ünsiyyət mübadiləsini həyata keçirir. Dünya Skaut Konfransı – Skautlar Hərəkatının idarəedici və "dəqiq seçilmiş Assambleya” orqanıdır. Bu təşkilatda Dünya Skaut Təşkilatının üzv ölkələrin nümayəndələri təmsil olunur.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi