Azərbaycanda 13 yaşlı qız uşaq dünyaya gətirdi

Azərbaycanda 13 yaşlı qız uşaq dünyaya gətirdi
SOSİAL
09:34 07.09.2022
739
Bakıda 13 yaşlı qız ana olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

K.Ağazadə deyib ki, həmin qız ötən gün ev şəraitində körpəni dünyaya gətirib:

"Ana xəstəxanaya yerləşdirilib, körpə də sağdır”.

13 yaşlı qız bildirib ki, o, təcavüzə uğraması nəticəsində hamilə qalıb.

Hüquq-mühafizə orqanları "Report”un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı gün ərzində açıqlama veriləcək.
OXŞAR XƏBƏRLƏR