Azərbaycanda 13 yaşlı qızın faciəsi: ailəsi ölkədən gedəndən sonra öldü

Azərbaycanda 13 yaşlı qızın faciəsi: ailəsi ölkədən gedəndən sonra öldü
SOSİAL
16:55 12.12.2017
1447
Bakının Sabunçu rayonunda 13 yaşlı qızın dəm qazından boğularaq ölməsiylə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Maştağa qəsəbəsində evin hamam otağında qazdan zəhərlənən 2004-cü il təvəllüdlü Hüseynova Gülsarə Oqtay qızı xalası ilə yaşayırmış.

Bildirilir ki, valideynləri Türkiyəyə işləməyə gedəndən sonra Gülsarə müvəqqəti olaraq xalası ilə qalmağa başlayıb. Dünən yeniyetmə qız dərsdən gələndən sonra vanna otağına keçib. Qızdan xəbər çıxmadığını görən yaxınları qapını açanda onun huşsuz vəziyyətdə olduğunu görüblər. Məlum olub ki, 13 yaşlı qız  artıq keçinib.

Araşdırmalar davam etdirilir.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR