Azərbaycanda 14 aylıq körpə qəfil öldü

Azərbaycanda 14 aylıq körpə qəfil öldü
SOSİAL
11:01 03.02.2023
372
Şəkidə 14 aylıq körpə vəfat edib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib. 2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşdiyi üçün o, valideynləri tərəfindən xəstəxanaya gətirilib.

Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının ürək çatışmazlığından öldüyü bildirilir.
OXŞAR XƏBƏRLƏR