Azərbaycanda 14 dərəcə şaxta qeydə alındı - FOTOLAR

Azərbaycanda 14 dərəcə şaxta qeydə alındı - FOTOLAR
SOSİAL
13:06 28.01.2017
844
Ölkə ərazisində hökm sürən qarlı-şaxtalı respublikanın Şimal rayonlarında da fəsadlara yol açıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, ötən gecə Qubanın Xınalıq kəndində mənfi  14 dərəcə şaxta qeydə alınıb.

Quba Ərazi Hidrometeorologiya Müəssisəsinin məlumatına görə, ümumilikdə Şimal rayonlarında -3-14- dərəcə arasında şaxta müşahidə edilib. Ən çox qar isə 21 sm hündürlüyündə Qubanın Qrız kəndinə düşüb. Qusarın Ləzə kəndinə isə 20 sm qar yağıb.

İndi bölgənin bütün rayonlarına qarın yağması davam edir. Avtomobil yolları tamamilə buz bağlayıb. Yollarda bir neçə yol qəzaları, avtomobillərin yolda qalması müşahidə edilir. Bakı -Quba Rusiya sərhədi yolunda kritik vəziyyət yarandığından avtomobillərin hərəkətində  azalma müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR