Azərbaycanda 14 yaşlı qız ərə verilir - AÇIQLAMA

Azərbaycanda 14 yaşlı qız ərə verilir - AÇIQLAMA
SOSİAL
14:41 04.11.2022
145
Göyçay rayonunda 14 yaşlı qız ərə verilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında yazaraq məlumat verib.

O bildirib ki, qız Ağsu rayonundan olan şəxslə evləndirilir:

"Göyçay Rayon İcra Hakimiyyətinə məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir. Kəndin icra nümayəndəsi də artıq icarəyə qab-qaşıq verib”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb:

"Aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.
 
Günel
OXŞAR XƏBƏRLƏR