Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyasına başlanılır

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyasına başlanılır
SOSİAL
09:29 07.09.2021
1040
Cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer ("Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi aşağıdakı qərarları qəbul edib

1. Azərbaycan Respublikasında istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndi vurulacaq.

2. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

3. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Sözügedən randevu.its.gov.az saytına daxil olaraq, "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
OXŞAR XƏBƏRLƏR