"Yanvar ayında qızın 18 yaşı tamam olub" - YENİLƏNİB

"Yanvar ayında qızın 18 yaşı tamam olub" - YENİLƏNİB
SOSİAL
12:26 13.03.2023
690
Azərbaycanda 16 yaşlı qız ərə verilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq. 
 
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:

"Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.

11.37

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin AZXEBER.COM-a verdiyi açıqlamaya görə hadisə araşdırılır:
 
"Sosial şəbəkədə 16 yaşlı qızın ailə qurması ilə bağlı yayılan xəbərlər araşdırılır".
 
Məsələ ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu AZXEBER.COM-a açıqlamasında həmin şəxslərin axtarıldığını bildirib:
 
"Mən də bu xəbəri sosial şəbəkələrdə gördüm. İndi biz bu şəxsləri axtarırıq. Bu xəbəri yazan adam gərək onların ünvanını da yazardı ki, biz onları rahat şəkildə tapa bilək. Araşdırma aparılır".
 
Günel Hüseynli
 

 


 


OXŞAR XƏBƏRLƏR