Azərbaycanda 17 yaşlı arvadını öldürən gəncdən ağlasığmaz əməl

Azərbaycanda 17 yaşlı arvadını öldürən gəncdən ağlasığmaz əməl
SOSİAL
12:03 15.10.2016
17190
Dünən İmişli rayonunda törədilmiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub. 

Məlumata görə, Gövhərli kəndində 1988-ci il təvəllüdlü Nəsirov Ağabba Albaba oğlu həyat yoldaşı 1999-cu il təvəllüdlü Abdulxalıqova Aygün Altay qızını qısqanclıq zəminində öldürdüyünü bildirib. İlkin araşdırma zamanı məlum olub ki, oktyabrın 14-nə keçən gecə saat 01 radələrində A.Nəsirov xanımını aldadaraq həyətə düşürüb və bu zaman balta ilə onun başına zərbələr endirib. 17 yaşlı Aygünü öldürən Ağabba meyiti həyətdə qoyub və daha sonra evə qalxaraq yatıb.
 
Hadisə vaxtı evdə gənc ər-arvaddan başqa kimsə olmayıb. Səhər saatlarında A.Nəsirov Bakıya getmiş ata-anasına zəng vuraraq təcili kəndə qayıtmalarını, özünü pis hiss etdiyini deyib. Onlar da oğullarının dediyi kimi ediblər və evə çatanda dəhşətli mənzərənin şahidi olublar. Nəhayət dünən günorta saat 13 radələrində A.Nəsirov törətdiyi cinayətlə bağlı polisə məlumat verib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Lent.az-ın əldə etdiyi digər məlumata görə, A.Nəsirovla 17 yaşlı Aygün arasında rəsmi nikah olmayıb. Onların heç toyu da keçirilməyib. Belə ki, Abşeron rayonunun Hökməli qəsəbəsində avtoyuma məntəqəsində işləyən Ağabba Qobu qəsəbəsində yaşayan bacısıgilə gedib-gələrkən qonşuluqda yaşayan və əslən Ağsu rayonundan olan Aygünü görüb və onlar arasında münasibət yaranıb. Bir neçə ay əvvəl isə onlar birgə yaşamağa başlayıblar və İmişliyə gediblər.
 
Faktla bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb