Azərbaycanda dəhşətli cinayət - Ana ögey oğlunu döyərək öldürdü

Azərbaycanda dəhşətli cinayət - Ana ögey oğlunu döyərək öldürdü
SOSİAL
11:24 01.12.2017
1128
Azərbaycanda keçən ay ölmüş 17 yaşlı gəncin analığı tərəfindən döyüldüyü məlum olub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Qusar rayonunun Hil kəndində qeydə alınıb.
Məlumata görə, Hil kəndində bu ilin oktyabr ayında 2000-ci il təvəllüdlü Daşdəmirov Nəsrəddin Radik oğlunun ölümü ilə bağlı rayon prokurorluğunda aparılan araşdırmalar zamanı onun ölümündən əvvəl analığı Rəna tərəfindən döyüldüyü və bu səbəbdən aldığı xəsarətlərdən Qusar Rayon Mərkəzi xəstəxanasında öldüyü müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR