Azərbaycanda 170 minlik rüşvət ittihamının şok səs yazısı yayıldı - AUDİO

SOSİAL
14:51 07.03.2016
9943

Tanınmış vəkil Adəm Məmmədov “Azadlıq” qəzetinə hüquqlarını müdafiə etdiyi Elnur Kərimovun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya 170 min dollar verməsilə bağlı yeni fakt təqdim edib. Bu, Elnur Kərimovla Komitənin sabiq Aparat rəhbəri Səfər İmanov arasında telefon danışığından kiçik səs yazısıdır.

Vəkil “Azadlıq”a bildirib ki, səs yazısını yaymaqda məqsəd müdafiə etdiyi şəxsdən alınan pulun məhz Komitə sədri Hicran Hüseynovya çatdığı haqda dediklərinin əsaslı olduğunu, Elnur Kərimovun öz açıqlamalarında, Komitə rəsmilərinin iddialarının əksinə, yalana yol vermədiyini sübut etməkdir.

“Bu səs yazısını dinləyən hər kəs dediklərimizin həqiqəti əks etdirdiyinin şahidi olacaq. Diqqətə çatdırmaq istəyirik ki, əlimizdə istintaqın gedişinə kömək edə biləcək yetərli qədər video və audio material var. Sadəcə istintaq sirri olduğu üçün əlimizdəki materialı tam versiyada ictimailəşdirmək istəmirik”.

Komitə rəsmiləri Hicran Hüseynova ilə sabiq Aparat rəhbəri Səfər İmanovun heç bir qohumluq əlaqəsi olmadığını bildirir. Amma bizim araşdırmalarımız zamanı məlum olub ki, Səfər İmanovun atası Bəbir İmanov Komitə sədrinin atası Kamran Hüseynovun dayısı oğludur.

Bəbir İmanovu yaxından tanıyanlar onun cox böyük hörmətə və nüfuza sahib ziyalı olduğunu bildirirlər. O, Səfər İmanovun başına gələn hadisələrlə bağlı dəfələrlə qohumu Hicran Hüseynovanın qəbulunda olmağa çalışıb, amma Komitə sədri onu qəbul etməyib. Oğlunun başına gələnlərdən təsirlənən Bəbir İmanovun səhhəti qəflətən pisləşib və o. komaya düşüb, 6 fevral 2016-cı ildə isə dünyasını dəyişib.

Səfər İmanov atası komada olduğu zaman ölkəni tərk edib və yeganə oğul övladı olmasına baxmayaraq, atasının dəfn mərasimində iştirak edə bilməyib”, – deyə vəkil qeyd edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb