Azərbaycanda 18 məhkum koronavirusa yoluxdu - 2-si azadlığa buraxıldı

SOSİAL
17:46 10.07.2020
486
Azərbaycanda koronavirusa yoluxan məhkumların sayı açıqlanıb.
 
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumda testlərinin nəticələri pozetiv çıxıb: "Bu şəxslərdən ikisi vaxtından əvvə şərti azadlığa buraxılıb və TƏBİB-ə təhvil verilib”.

OXŞAR XƏBƏRLƏR

X Mostbet