Azərbaycanda 18 yaşadək evlənən gəlin və bəylərin SAYI

Azərbaycanda 18 yaşadək evlənən gəlin və bəylərin SAYI
SOSİAL
23:10 17.08.2018
7598
Azərbaycanda 18 yaşadək rəsmi nikah bağlayan gəlin və bəylərin sayı azalıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, 2017-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 317, bəylərin sayı isə 1 nəfər olub.

2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı 3 nəfər, 2015-ci ildə gəlinlərin sayı 388, bəylərin sayı 3, 2014-cü ildə gəlinlərin sayı 479, bəylərin sayı 2, 2013-cü ildə gəlinlərin sayı 229, bəylərin sayı 2, 2012-ci ildə isə gəlinlərin sayı 295, bəylərin sayı 5 nəfər olub.

2011-ci ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı daha çox - 5138, bəylərin sayı 11 nəfər olub.
OXŞAR XƏBƏRLƏR