Azərbaycanda 18 yaşlı oğlan faciəvi şəkildə öldü

Azərbaycanda 18 yaşlı oğlan faciəvi şəkildə öldü
SOSİAL
10:50 12.03.2017
6866

 

Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

18 yaşlı Quliyev Təbriz Eldəniz oğlunun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili "KamAZ"a çırpılıb. Nəticədə minik avtomobilini idarə edən gənc oğlan hadisə yerindəcə vəfat edib.

İlkin araşdırma zamanı T.Quliyevin sürücülük vəsiqəsinin olmadığı və avtomobilin onun atasına məxsus olduğu üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

///Lent.az
OXŞAR XƏBƏRLƏR