Azərbaycanda 18 yaşlı qızı bəbir parçaladı

Azərbaycanda 18 yaşlı qızı bəbir parçaladı
12:59 27.03.2013
5045
Bu gün Lerik rayonunda hamını şoka salan hadisə baş verib.Rayonun Hamarmeşə kəndində görünməmiş faciəvi hadisə baş verib. Belə ki, kənd ərazisində nadir heyvan sayılan bəbir peyda olub və 18 yaşlı bir qızı parçalayıb. Qızın adını da dəqiqləşdirmişik: Xurşun Adıgözəlova. Kənd sakinlərinin sözlərinə görə, vəhşi qızın qollarını, budunu və sağ qulağını yeyib.Məlumatda o da deyilir ki, hadisə yerinə rayon rəhbərliyi ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da cəlb olunublar.Məlumat üçün deyək ki, bundan əvvəl də sözügedən kəndə vəhşi heyvan basqınları olub və onlarla ailə ziyan çəkib.
OXŞAR XƏBƏRLƏR