Azərbaycanda 2 yaşlı uşaq ağcaqanad dərmanından zəhərlənərək öldü

Azərbaycanda 2 yaşlı uşaq ağcaqanad dərmanından zəhərlənərək öldü
SOSİAL
12:11 29.06.2018
6079
Ötən gün Cəlilabadda dərmandan zəhərlənərək ölən iki yaşlı Mirkamil Bağırov azərbaycanlı müğənni Elçin Hüseynovun bibisi nəvəsi imiş.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Lent.az-a ifaçının özü məlumat verib
 
O bildirib ki, azyaşlının həyatına ağcaqanad dərmanı son qoyub: "Səhərdən bir neçə saytlar məni yığır, amma hazırda yas yerindəyəm. Ona görə də çox danışa bilməyəcəm. Bəli, dünyasını dəyişən körpə bibim nəvəsidir. Övlad itkisi çox ağır itkidi. Allah heç bir valideynə bu itkini yaşatmasın”.

OXŞAR XƏBƏRLƏR