Azərbaycanda 2016-cı ilin korrupsiya - Statistikası

Azərbaycanda 2016-cı ilin korrupsiya - Statistikası
SOSİAL
16:44 12.01.2017
1509

2016- cı ildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 313 şəxs barəsində 201 cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün müxtəlif məhkəmələrə göndərilib. 

Bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, ötən il idarəyə vətəndaşlar tərəfindən 9 360 ərizə və müraciət daxil olub: "Bu, öz növbəsində 2015 ci illə müqayisədə azdır - 10 654 . "Qaynar-xətt”ə müraciət edənlərin sayı 2015-ci ildə 7 266 olduğu halda, 2016-cı ildə bu rəqəm 5 492 olub. Gün ərzində növbətçi prokurorlar tərəfindən təxminən 15-20 məlumat alınır. "ASAN Xidmət” fəaliyyətə başladıqdan sonra "Qaynar-xətt”ə müraciət edənlərin sayında ciddi azalma müşahidə olunub. Yəni vətəndaşlar problemlərlə rastalaşmırlar”. 

Kamran Əliyev bildirib ki, 2016-ci ildə daxil olan müraciətlər əsasında idarədə 23 cinayət işi açılıb: "Bəzilərinə hökm oxunsa da, digərlərinin məhkəməsi davam edir. Daxil olan məlumatlar əsasında 6 əməliyyat tədbiri həyata keçirilib”.

İdarə rəisi əlavə edib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı Baş İdarə tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri ardıcıl olaraq davam etdirilib. Belə ki, 2016- cı ildə 13 şəxs barəsində 12 cinayət işi açılaraq məhkəmələrə göndərilib.

Hansı sektorda daha çox korrpusiya faktının mövcud olmasına gəlincə, idarə rəisi deyib: "Bu kimi hallara həm dövlət, həm də özəl sektorun fəaliyyətində rast gəlinir. Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri, tikinti sektoru, bankların vəzifəli şəxsləri, təhsil, səhiyyə və digər sahələrlə bağlı bü cür hallara rast gəlmək olur”(azvision.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
00:27 17.04.2026
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
00:13 17.04.2026
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
00:10 17.04.2026
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
00:09 17.04.2026
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
00:01 17.04.2026
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
23:55 16.04.2026
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
23:44 16.04.2026
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
23:33 16.04.2026
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
23:20 16.04.2026
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
23:10 16.04.2026
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
22:50 16.04.2026
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
22:46 16.04.2026
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
22:39 16.04.2026
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
22:29 16.04.2026
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
22:19 16.04.2026
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
“BMW” ilə motosiklet toqquşdu
22:05 16.04.2026
“BMW” ilə motosiklet toqquşdu