Azərbaycanda 2017-ci ilin ilk uşağı

Azərbaycanda 2017-ci ilin ilk uşağı
SOSİAL
18:55 01.01.2017
1131
Azərbaycanda 2017-ci ilin ilk uşağı Astara rayonunda dünyaya gəlib.
 
Rayonun Miki kənd sakini, 1998-ci il təvəllüdlü Fərqanə Fərman qızı Mürsəlova saat 00.05 radələrində Astara Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində özünün ilk övladı olan qız uşağını dünyaya gətirib. Təbii yolla doğulan körpənin çəkisi 4 kiloqramdır.
 
Ananın və uşağın vəziyyəti normaldır. /APA/
OXŞAR XƏBƏRLƏR