Azərbaycanda 2026-ci il “Şəhərsalma və Memarlıq İli” elan olundu - Bu ildən gözləntilər nədir?

Azərbaycanda 2026-ci il “Şəhərsalma və Memarlıq İli” elan olundu - Bu ildən gözləntilər nədir?
SOSİAL
15:43 24.12.2025
710
Azərbaycanda şəhər mühitinin daha planlı, dayanıqlı və estetik əsaslarla inkişaf etdirilməsi məqsədilə 2026-cı il ölkə üzrə "Şəhərsalma və Memarlıq İli” elan edilib. Müvafiq qərar şəhərsalma sahəsində müasir yanaşmaların tətbiqi, tarixi-memarlıq irsinin qorunması və yeni urbanistik layihələrin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. İl çərçivəsində paytaxt və regionlarda bir sıra layihə, tədbir və islahatların həyata keçirilməsi nəzərdə tutulur.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, şəhərsalma və memarlıq dövlətin inkişaf səviyyəsinin, idarəetmə keyfiyyətinin və vətəndaşa münasibətinin göstəricisidir:

"Bu sərəncam ölkənin yalnız iqtisadi və sosial tərəqqisini deyil, estetik zövqünü, mədəni yaddaşını və gələcək nəsillər üçün formalaşdırılan yaşayış fəlsəfəsini əhatə edir. Azərbaycan şəhərləri bu ildən sonra təkcə yaşayış məkanı deyil, milli düşüncənin, müasir dövlətçilik baxışının və mədəni özünüdərkin simvolu kimi daha aydın şəkildə görünəcək. Şəhərsalma və memarlıq dövlətin inkişaf səviyyəsinin, idarəetmə keyfiyyətinin və vətəndaşa münasibətinin göstəricisidir. Prezident İlham Əliyevin 2026-cı ili Şəhərsalma və Memarlıq İli elan etməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının məntiqi davamı, güclü dövlət və inkişaf etmiş cəmiyyət quruculuğunun mühüm mərhələsidir”.


Parlamentari vurğulayıb ki, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan üçün keçmişlə gələcək arasında strateji körpü rolunu oynayacaq:

 "2026-cı ilin "Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan üçün keçmişlə gələcək arasında strateji körpü rolunu oynayacaq. "Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək təşəbbüslər tarixi irsin qorunması ilə yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər modelinin formalaşmasına xidmət edəcək. Bununla da Azərbaycan şəhərləri yalnız yaşayış məkanı deyil, milli kimliyin, mədəniyyətin və innovasiyanın daşıyıcısı kimi inkişaf yolunu davam etdirəcək”.

İnşaat məsələləri üzrə ekspert, memar Muxtar Ərturan isə qeyd edib ki, gündən-günə inkişaf edən və çiçəklənən Azərbaycanda belə tədbirlərin keçirilməsi çox müsbətdir:

"Gündən-günə inkişaf edən və çiçəklənən Azərbaycanda belə tədbirlərin keçirilməsi çox müsbətdir. Azərbaycanın ən dilbər guşələrindən olan Qarabağda yenidənqurma işləri aparılır, Bakıda isə şəhərsalma istiqamətində bir sıra layihələr həyata keçirilir. Ölkədə infrastruktur və yaşıl enerji layihələrinə böyük önəm verilir.

2026-cı ildə Azərbaycanda şəhərsalma və memarlıq sahəsində daha çox irəliləyişlər gözlənilir. Müasir memarlığın inkişafı istiqamətində bir sıra tədbirlər artıq görülüb”. 

Memar bildirib ki, bununla yanaşı, bəzi neqativ hallar da mövcuddur:

"Ölkənin bəzi bölgələrində infrastruktur və yaşıllaşdırma Bakıya nisbətən zəifdir. Ötən illərdə bəzi bölgələrdə binaların salınması ilə bağlı neqativ hallar müşahidə olunub. Lakin 2026-cı ildə bütün bu problemlərin həll olunacağı gözlənilir. Şəhərsalma və infrastruktur sahəsində güclü islahatlar aparılacaq, yolların infrastrukturu yaxşılaşdırılacaq.

Ümidvarıq ki, gələcəkdə belə layihələr daha da inkişaf edəcək və insanların sağlamlığına xidmət edən infrastruktur və yaşıllaşdırma layihələrinin sayı artacaq”.

Ekspert vurğulayıb ki, müasir memarlığın inkişafı istiqamətində artıq müəyyən addımlar atılıb:

"Müasir memarlığın inkişafı istiqamətində artıq müəyyən addımlar atılıb. Məsələn, "Üç Alov” Qüllələri, Crescent Mall, Sea Breeze və Port Baku kimi layihələri nümunə göstərmək olar. Gələcək illərdə Azərbaycan memarlıq nümunəsi kimi digər dövlətlərin ölkəmizdə tədbirlər keçirməsinə də ev sahibliyi edəcək”.

Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "regionlarin sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR