Bu gecə Gəncədə daha bir qanlı hadisə baş verib.Gəncə şəhər Polis İdarəsində verilən məlumata görə, Nizami rayonu ərazisində 1990-cı il təvəllüdlü Şəhriyar Vaqif oğlu Əlbəndov ölümcül bıçaqlanıb. Ona çoxlu bıçaq zərbəsi vurulub. Yaralı təcili yardım həkimlərinin köməkliyi ilə xəstəxanaya aparılsa da, həkimlər gəncə kömək edə bilməyiblər.Polislər Şəhriyar Əlbəndovu bıçaqlayan şəxsi axtarır. Faktla bağlı şəhər prokurorluğundan cinayət işi başlanıb.