Təhsil Nazirliyi məlumat yaydı.
Bu ilin tədris ilində Azərbaycanın 12 şəhər və rayonu üzrə diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimin (qiymətləndirmədə iştirak edən müəllimlərin 99%-i) əmək haqqısı artırılıb.
Bu barədə AZXEBER.COM-a Təhsil Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10% artırılıb.
Nazirlikdən həmçinin bildirilib ki, müəllimlərin dərs yükünə, pedaqoji fəaliyyət üzrə stajına, ali və ya orta ixtisas təhsilli olmasına, sinif rəhbəri və fəxri adının olub-olmamasına və digər bir neçə meyara uyğun olaraq, əməkhaqları 30-40% artırılıb.