Azərbaycanda 27 yaşlı şəxs əmisini bıçaqladı

Azərbaycanda 27 yaşlı şəxs əmisini bıçaqladı
11:11 13.02.2013
1010
Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Elçin Fərəcovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Rahid Rzayev şəxsi münaqişə zəminində əmisi, 60 yaşlı Maqsud Rzayevi bıçaqlayıb.M.Rzayev qarın boşluğunun daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törətmiş Rahid Rzayev isə polis tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onun barəsində Masallı rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR