Azərbaycanda 32 yaşlı şəxs dostunun maşınını oğurladı

Azərbaycanda 32 yaşlı şəxs dostunun maşınını oğurladı
Bütün Xəbərlər
15:14 08.01.2013
1182

Goranboyda rayon polis şöbəsinin əməkdaşları dostunun avtomobilini qaçıran şəxsi yaxalayıb.AZXEBER.COM-un məlumatına görə, Dəlməmmədli qəsəbə sakini Anar Hüseynov rayon polis şöbəsinə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avtomaşının oğurlanması barədə məlumat verib.Keçirilən əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Dəliməmmədli şəhər sakini Hilal Ağayev rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.İlkin dindirilmə zamanı təqsirləndirilən şəxs bildirib ki, o, narkotik vasitə qəbul etdikdən sonra dostu Anar Hüseynova zəng edərək maşınını istəyib. Anar ətraf rayonlardan birində olduğu üçün avtomobili ona verə bilməyəcəyini deyib. Dostunun onu aldatdığını başa düşən Hilal, Anargilin küçəsinə gəlib. Evin qarşısında saxlanılan avtomobilin açar yerini sındıraraq işə salaraq qaçırıb.Əvvəllər məhkum olan Hilal Ağayev istintaqa ilkin verdiyi ifadəsində narkotik vasitələrdən də istifadə etdiyini bildirib. Hilal Ağayevin evində axtarış aparılan zaman 50,94 qram narkotik vasitə də aşkar olunaraq götürülüb.Faktla bağlı Goranboy rayon polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri üzrə cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR