Azərbaycanda 4 nəfər özünü öldürdü

Azərbaycanda 4 nəfər özünü öldürdü
SOSİAL
13:28 04.05.2017
1027

Şamaxı rayonunda intihar hadisəsi baş verib. 

Hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Qəniyeva Aynurə Əzizağa qızı yaşadığı evin mətbəxində sirkə turşusu içərək özünü zəhərləyib  

Valideynləri onu huşsuz, yerə yıxılmış vəziyyətdə görüb, təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar. Vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardımdan sonra A. Qəniyeva Bakıdakı Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Mərkəzdə onu xilas etmək mümkün olmayıb. Bu yaxınlarda həyat yoldaşından boşandığı bildirilən qadının intiharının səbəbi məlum deyil.      

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Lerik rayonunda da intihar hadisəsi qeydə alınıb.

Hadisə rayonun Küman kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü Qurbanova Gülsaman Ağasən qızı dərman içərək intihar edib. Onun meyiti müayinə olunmaq üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Xaçmaz rayonunda da intihar faktları qeydə alınıb.

Xudat şəhər sakini 56 yaşlı Abdulla Bəgiyev və Xaçmaz şəhər sakini Mahir Müslümov intihar edib. Hər iki şəxsin meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 
 
///Apa
OXŞAR XƏBƏRLƏR