Azərbaycanda 4 yaşlı qız faciəvi şəkildə öldü - Qardaşı Bakıya gətirildi

Azərbaycanda 4 yaşlı qız faciəvi şəkildə öldü - Qardaşı Bakıya gətirildi
SOSİAL
23:48 16.06.2022
1602
Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şıxlar kəndində baş verib.

Onlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içib.

Hadisədən sonra 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı zəhərlənərək ölüb.

Onun qardaşı 2015-ci il təvəllüdlü Elmir isə Bakı şəhərinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR