Azərbaycanda 4 yaşlı uşaq su kanalında boğulub öldü

Azərbaycanda 4 yaşlı uşaq su kanalında boğulub öldü
SOSİAL
22:59 14.01.2019
6098
Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

Azyaşlı hadisə yerində boğulub ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR