Azərbaycanda 44 yaşlı kişini cərəyan vuraraq öldürdü

Azərbaycanda 44 yaşlı kişini cərəyan vuraraq öldürdü
SOSİAL
09:39 27.07.2023
149
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
 
AZXEBER.COM Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə iyulun 26-sı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR