Azərbaycanda 4,9 milyonluq yol tikiləcək

Azərbaycanda 4,9 milyonluq yol tikiləcək
19:37 01.03.2013
1099
Prezident İlham Əliyev Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.AZXEBER.COM-un prezidentin mətbuatına istinadən verdiyi məlumata görə, 8 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qəbələ rayon İcra Hakimiyyətinə 4,9 milyon manat ayrılıb.
OXŞAR XƏBƏRLƏR