Ağsu rayonunda intihar hadisəsi baş verib.
AZXEBER.COM apa-ya istinadən xəbərverir ki, hadisə Ağsu şəhərinin Azərbaycan küçəsindəki 26 saylı evdə qeydə alınıb.
Həmin ünvanda qeydiyyatda olan 1959-cu il təvəllüdlü Qurbanov Zakir Kərbala oğlu yaşadığı evin həyətində özünə qəsd edib. Onun intihar etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.