Azərbaycan ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 61 əcnəbi saxlanılıb. AZXEBER.COM-a Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 11-16-da Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin paytaxtında, həmçinin Salyan, Lənkəran, Masallı və Yardımlı rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.Keçirilən tədbirlər nəticəsində Azərbaycanın qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 61 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.