Azərbaycanda 61 yaşlı kişi dəm qazından öldü

Azərbaycanda 61 yaşlı kişi dəm qazından öldü
SOSİAL
23:57 18.02.2024
487
Biləsuvarda 61 yaşlı kişi dəm qazından boğulub.

"Qafqazinfo”nun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 61 yaşlı Əliyev Füzuli İbrahim oğlu ötən axşam kirayə yaşadığı mənzildə, qaz sızması səbəbindən boğulub.

Qeyd edək ki, Ə. Füzuli "Koroğlu” şikətində sürücü vəzifəsində işləyirdi
OXŞAR XƏBƏRLƏR