Azərbaycanda 63 yaşlı taekvandoyla məşğul olan nənə - VİDEO

SOSİAL
18:38 04.05.2016
5486

63 yaşlı nənə nəvələrinə də məşqçilik edir.

63 yaşlı Gülbəs nənənin indiki cavanlara meydan oxuyan bacarığı hamını heyrətləndirir. Uzun illərdir karate döyüş növü ilə məşğul olan nənə hətta nəvələrinə də məşqçilik edir. Kanal S (Region TV) xəbər verir ki, Gülbəs nənə Şamaxının idman ictimayyətinə yaxşı tanışdır. Nəvəsi Soltanəhmədi idman dərslərinə gətirməklə taekvandoya marağı yaranan Gülbəs nənə yaşlı olmasına baxmayaraq özü də bu idmanla məşğul olmağa başlayıb. O nəvəsinin ən etibarlı və çılğın azarkeşidir. Bu idman növünə həddən artıq həvəs göstərən nənə internetdə kadrlara baxmaqla taekvandonun qaydalarını da öyrənməyə nail olub. Bununla da o yarış vaxtı hakimlik də edə bilir. Gülbəs nənə cavanlığından da zəhmətə qatlaşan, əməksevər və gümrah bir insan olub. Gənc yaşlarında da idmanla arabir məşğul olan Gülbəs Əyyubova uzun müddət üzüm bağlarında fəhlə, briqadir, aqronom kimi calışıb. 1972 ci ildə isə fəxri fərman alıb. Qabaqcıl işci olduğu üçün ümummilli lider Heydər Əliyev ona avtomobil hədiyyə edib.

Kişilərdən heç də geri qalmayan Gülbəs nənə hətta 1972-1976 illərdə sürücü kimi də fəaliyyət göstərib. Şamaxıda ilk xanım sürücüdür. Bir sözlə, idmanın yaşı yoxdur.. Günümüzdə oturaq həyat tərzi keçirənlərin sayının çoxluq təşkil etdiyini nəzərə alsaq, Gülbəs nənə bu baxımdan hamıya örnək olmalıdır.

OXŞAR XƏBƏRLƏR