Azərbaycanda 7 yaşlı uşaq müəmmalı şəkildə öldü

Azərbaycanda 7 yaşlı uşaq müəmmalı şəkildə öldü
SOSİAL
09:31 24.05.2023
205
Siyəzəndə bədbəxt hadisə baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib.

Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də o artıq xəstəxanaya çatana kimi ölüb.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.

Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR