Azərbaycanda 71 sığorta agentinin lisenziyası ləğv edilib

İQTİSADİYYAT
17:24 29.07.2015
1344

Maliyyə Nazirliyinin müvafiq əmri ilə 80 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 7 aprel 2015-ci il tarixdən 3 ay müddətinə dayandırılıb.

AZXEBER.COM Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) istinadən xəbər verir ki, həmin şəxslər sığorta nəzarəti orqanına qanunla müəyyən olunmuş formada hesabat təqdim etməyiblər.
Lakin həmin 80 nəfər fiziki şəxslərdən 71 nəfərinin tələb olunan hesabatları müəyyən olunmuş müddətdə təqdim etməmələrini və bununla da lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halın aradan qaldırmadıqlarını nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin şəxslərə sığorta verilmiş müddətsiz lisenziyalar Nazirliyin müvafiq əmri ilə ləğv edilib.

OXŞAR XƏBƏRLƏR