Azərbaycanda 8 yaşlı uşaq beton panelin altında qalaraq öldü

Azərbaycanda 8 yaşlı uşaq beton panelin altında qalaraq öldü
15:19 04.03.2013
945
Beyləqanda 8 yaşlı uşaq beton panelin altında qalaraq dünyasını dəyişib. AZXEBER.COM-un məlumatına görə, hadisə rayon ərazisindəki sovet dövründə yük maşınlarının qarajı kimi istifadə olunan yerdə baş verib. Qarajın həyətinə yeni gətirilən beton pilitə burada məskunlaşan, Füzulinin veysəlli kəndindən məcburi köçkün olan Cəfərovlar ailəsinin övladı Kənan Cəfərovun ölümünə səbəb olub. Azyaşlı beton panelin altinda oynayan zaman, piltə onun üzərinə düşüb. Qonşuların köməyi ilə betonun altından çıxarılan yaralı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR