Azərbaycanda 88 yaşlı qadın koronavirusdan sağaldı

Azərbaycanda 88 yaşlı qadın koronavirusdan sağaldı
SOSİAL
16:52 04.05.2020
1081
Azərbaycanda daha bir yaşlı şəxs koronavirusdan sağalıb.

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, bu dəfə 88 yaşlı İsmayıllı rayon sakini (adını qadının özünün arzusu ilə açıqlamırıq) virusa qalib gəlib.

Belə ki, Bakıdakı xüsusi rejimli xəstəxanaların birində müalicə alan 1932-ci il təvəllüdlü qadın 21 aprel tarixində xəstəxanaya temperatur, zəiflik və pnevmaniya əlamətləri ilə daxil olub.

Müvafiq tibbi prosedurlardan sonra o, COVID-19 virusundan sağalıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 92 yaşlı Lənkəran sakini Axundova Ağabəyim də koronavirusa qalib gəlmişdi.

OXŞAR XƏBƏRLƏR