Şəmkir rayonunda uşaq əlini yuyarkən su kanalına düşüb.
Hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb.
2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
///Oxu.az