Azərbaycanda abort qadağan edilə bilər

Azərbaycanda abort qadağan edilə bilər
12:03 21.06.2012
1465
Azərbaycanda abort qadağan edilə bilər. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəblideyib.H. Rəcəbli bildirib ki, abortun qadağan olunması məsələsi Ailə Məcəlləsində və “Sağlamlığın qorunması haqında” qanunda öz əksini tapa bilər: “Uşağın cinsinə görə abort edilməsi ciddi fəsadlarla müşahidə olunur. Dünyanın bir sıra ölkələrində, Çində, İranda abort qadağan olunub. Abort vəhşilik, insanın öldürülməsi, eyni zamanda insanların seksual tərbiyəsinin aşağı olmasıdır”.
OXŞAR XƏBƏRLƏR