Azərbaycanda açıq havada idman yarışlarına yenidən qadağa qoyuldu

Azərbaycanda açıq havada idman yarışlarına yenidən qadağa qoyuldu
İDMAN
19:05 18.06.2020
1349
Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə yenidən qadağa qoyulub.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb.

Qeyd edək ki, Operativ Qərargah mayın 31-dən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişdi.

OXŞAR XƏBƏRLƏR