Azərbaycanda ağır qəza - 5 nəfər xəsarət aldı

SOSİAL
21:57 12.12.2024
199
Quba şəhərində yol nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Apa-ya istinadən xəbər verir ki, "VAZ" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza zamanı 27 yaşlı Yardımlı rayon sakini Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR