Azərbaycanda ağır qəza - Ölən və yaralanan var

Azərbaycanda ağır qəza - Ölən və yaralanan var
SOSİAL
21:34 23.02.2023
215
Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kürkəndi kəndində yaşayan, 1992-ci iltəvəllüdlü Zamanov Tamerlan Əlizaman oğlu ölüb.

Hələlik şəxsiyyəti məlum olmayan digər sərnişin isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğu üçün onun paytaxt Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR