Azərbaycanda ağır yol qəzası - 20-yə yaxın insan yaralandı+ Yenilənib

Azərbaycanda ağır yol qəzası - 20-yə yaxın insan yaralandı+ Yenilənib
SOSİAL
20:44 27.10.2017
7190
Goranboyda avtobus körpüdən aşıb.
 
AZXEBER.COM APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb. Xeyli yaralının olduğu bildirilir.
 
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
 
"İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb.
 
Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.



OXŞAR XƏBƏRLƏR