Azərbaycanda aliment alan uşaqların sayı AÇIQLANDI

Azərbaycanda aliment alan uşaqların sayı AÇIQLANDI
SOSİAL
12:06 19.12.2021
233
"İcra xidmətində olan sənədlərin çoxunu aliment borcuna dair sənədlər təşkil edir".

Bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova bildirib

AZXEBER.COM "Milli.az”a istinadən xəbər verir ki, onun sözlərinə görə, 700 mindən çox icra sənədinin 100 mindən çoxu aliment tələbi sənədləri ilə bağlıdır.

Ümumilikdə aliment tələbi ilə bağlı xeyrinə qərar verilən uşaqların sayı 160 mindən çoxdur: "2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənədi var idisə, bu il bu sənədlərin sayı 99 mindən çox olub.

Hər icra məmuruna düşən aliment tələbi ilə bağlı icra sənədi 200-500 arasında dəyişir, bu da böyük çətinliklərə səbəb olur. Son 1,5 il ərzində iş yükünün çox olmasına baxmayaraq, 130 milyon manatdan çox aliment tələbi ödənilib".
OXŞAR XƏBƏRLƏR