Azərbaycanda ana və oğlu güllələnərək öldürüldü

SOSİAL
22:25 11.04.2020
9047
Şabran rayonunda qətl hadisəsi qeydə alınıb.  

AZXEBER.COM xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zeyvə kəndində baş verib. 

Kənd sakini, 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu kənd sakinləri -1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirib. 

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir. 

OXŞAR XƏBƏRLƏR