11:45 Bazar Ertəsi, 14 Oktyabr 2019
SOSİAL

Azərbaycanda ana övladının əlinə siqaret kötüyü basdı, uşaq evdən qaçdı - FOTO

13:02, 14.09.20195738
Azərbaycanda ana övladının əlinə siqaret kötüyü basdı, uşaq evdən qaçdı - FOTO
Azərbaycanda ana azyaşlı övladının əlinə siqaret kötüyü basıb. Nəticədə uşaq evdən qaçdı. Gəncədə azyaşlı anasının ona qarşı davranışına dözə bilməyib.

AZXEBER.COM-un BAKU.WS-ə istinadən verdiyi məlumata görə hadisə şəhərin İstanbul küçəsi 34 ünvanında qeydə alınıb. Səbinə Həsənpur adlı qadın 2008-ci il təvəllüdlü övladı Aysunu içkinin təsiri altında döyərək əlinə siqaret kötüyü basıb.

Buna dözməyən uşaq evdən qaçaraq yaxınlıqda dayanan KamAZ markalı avtomobilin altında gecələyib. Bu zaman qonşu uşağı görüb əraziyə polis dəvət edilib. Uşaq hazırda Gəncə Uşaq Evinə verilib və səhhəti yaxşıdır.

Polis hazırda bu vəhşiliyi törədən ananı axtarır. Məhkəməyə müraciət edilib və Səbinə Həsənpurun analıq hüququndan məhrum edilməsi gözlənilir. Bildirək ki, qadının Aysun Həsənpurdan başqa daha 6 uşağı var.

Bu uşaqlardan üçü atasının himayəsində yaşayır.

 

 


XƏBƏR LENTİ