Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI
SOSİAL
09:40 29.04.2026
403
2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib.

AZXEBER.COM Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin ilk 3 ayı ərzində isə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 42 nəfər uşaq anasının soyadı ilə qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR