BAKU AZƏRBAYCAN
10°C
euro 1.8477
dollar 1.7000
rubl 0.0227
lirə 0.2508

Azərbaycanda ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - FOTO - VİDEO

Azərbaycanda ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - FOTO - VİDEO
SOSİAL
14:53 22.02.2020
4433
FOTO - VİDEO" />
Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qəmbərova və onun yaşyarımlıq övladı Hilal Orxan oğlu Qəmbərov səhər saatlarında ölü tapılıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, körpənin meyiti Şüşün kəndində evdə, ananın nəşi isə həyətdəki su quyusunda aşkarlanıb. 

Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

 


OXŞAR XƏBƏRLƏR